Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ötən il ən çox ixrac edilən pomidor olub

Azərbaycanda ötən il ən çox ixrac edilən pomidor olub

Tarix: 29 Yanvar 2020 12:56

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu il ərzində Azərbaycanda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı 26,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb.

2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon ABŞ dolları) birinci, xurma (20,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (14,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ötən çox ixrac edilən pomidor olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ