Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Parlament seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

Tarix: 29 Yanvar 2020 16:50

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.

MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı sabah başa çatacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Parlament seçkiləri ilə bağlı yerli beynəlxalq müşahidəçilərin sayı bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ