Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 19:12
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.
MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı sabah başa çatacaq.