Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 özbək tələbəni Çindən çıxara bilmir

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 özbək tələbəni Çindən çıxara bilmir

Tarix: 29 Yanvar 2020 21:34

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 tələbəni Çindən çıxara bilmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin hakimiyyəti özbək tələbələrin və ümumiyyətlə, Uxan şəhərində olan xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına hələ ki icazə vermir.

Xatırladaq ki, Çində koronavirusun yayılması təhlükəsi ilə bağlı Uxan şəhərinin də daxil olduğu Xubey əyalətində karantin elan olunub və əyalətin 13 şəhərinə giriş-çıxış bağlanıb. Nəticədə Xubey əyalətinin 41 milyondan artıq əhalisi karantin şəraitində yaşamağa məcburdur.

Bununla belə ABŞ və Yaponiya öz vətəndaşlarının çıxarılmasını elan edib. Özbəkistanın 30 tələbəsindən başqa, 15 qırğız və 10-dan çox tacik tələbə də Uxandadır.

Milli.Az


Etiketlər:  Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 özbək tələbəni Çindən çıxara bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ