Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 10:48
Xalq artisti Aftandil İsrafilov "Hər şey daxil"də Fədayə Laçınla bağlı bir xatirəsini bölüşüb.
Sonxeber.net xəbər verir ki, qarmon ustası Fədayənin gəncliyində qatıldıqları tədbirlərin birində verilən hədiyyədən söz açıb.
Aftandil İsrafilov bu hadisənin Dərbənddə baş verdiyini bildirib:
"Fədayə xanım sənətə yeni gəlmişdi, uşaq idi hələ. Dərbənddə bir dostumun məclisində iştirak etməyə Fədayə Laçın da dəvət olunmuşdu. Orada ona brilliantdan üzük, sırğa, qolbaq bağışladılar".
Fədayə Laçın həmin məclisdə qarmon ustasına da bahalı hədiyyələr edildiyini bildirib:
"Orada Aftandil müəllimi də hədiyyəsiz qoymadılar ha. Aftandil müəllimə də çox gözəl hədiyyələr verdilər".
Məhəmməd Vaqif