Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazanıblar

Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazanıblar

Tarix: 19 May 2019 13:52

Bakı. Cani Babayeva - Trend:

Rusiya komandası 21.000 balla bədii gimnastika üzrə 35-ci Avropa çempionatında beş lentlə ilə hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, bu, komandanın Avropa çempionatında qazandığı artıq ikinci qızıl medaldır.

İsrail komandası beş lent ilə hərəkətlərdə gümüş, 19.000 bal toplayan Belarus komandası isə bürünc medal qazanıb.

Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.


Etiketlər:  Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ