Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda “VAZ”la “Mercedes-Vito” toqquşub - Ölən var

Qaxda “VAZ”la “Mercedes-Vito” toqquşub - Ölən var

Tarix: 30 Yanvar 2020 15:54

Bakı. Trend:

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşub.

Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Qaxda VAZla Mercedes Vito toqquşub Ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ