Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 16:06
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata əsasən, yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi "VAZ-21063" və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi "Mercedes-Vito" markalı avtomobillər toqquşub.
Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.