Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 16:34
Bakı. Elçin Mehdiyev – Trend:
Müəyyən qrup insanar var ki, sesasiya xarakterli məlumatlarla yaşayır və onu özü üçün həyat tərzi hesab edir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, bəzi insanar düşünür ki, hay-küy samaqla bizi nəyəsə məcbur edə bilər: “Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq. Hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər. Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, biz onu edənləri cəzalanıdrırıq. Bütün bunlar qanunvericiliyə uyğun həyata keçiriləcək”.
M.Pənahov bildirib ki, MSK Milli Məclisə seçkilər zamanı sosial şəbəkələrə diqqət yetirəcək:” “Necə ki, bələdiyyə seçkilərində bunu etdik. Parlament seçkilərində sosial şəbəkələrə ondan da çox diqqət yetirəcəyik.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin