Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 01:36
Bakı. Trend:
Hindistanın Uttar Pradeş ştatında yaşayan kişi evində təxminən 20 uşağı girov götürdü, polis onları xilas etmək üçün əməliyyat keçirir.
Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti bildirib.
Məlumata əsasən, daha əvvəl qətl törətməkdə günahlandırılan Sureş Batam adında Farruhabad sakini uşaqlarını qızının ad gününə dəvət etdi və onları girov götürüb.
Girovların dəqiq sayı məlum deyil. Yerli sakinlərin dediklərinə görə, evdə 20-25 uşaq, həmçinin cinayətkarın həyat yoldaşı və bir yaşlı qızı ola bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin