Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ səfiri Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündən danışdı

ABŞ səfiri Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündən danışdı

Tarix: 31 Yanvar 2020 11:02

Bakı. İlhamə İsabalayeva - Trend:

Tərəflər konstruktiv və substantiv danışıqlar üçün bir araya gələndə biz bundan həmişə çox şad oluruq.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

Səfir bildirib: "Ümid edirəm ki, danışıqlardan dərhal sonra bizim verdiyimiz bəyənatı da görmüsünüz. Bir daha deyirəm ki, danışıqların davam etdirilməsinə ümid edirik".

Qeyd edək ki, yanvarın 28-30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ səfiri Azərbaycan Ermənistan Xarici işlər nazirlərinin görüşündən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ