Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan xanımı - FOTOlar

Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan xanımı - FOTOlar

Tarix: 31 Yanvar 2020 13:00

"Barselona"nın futbolçusu Serji Robertonun həyat yoldaşı Koral Simanoviç unikal qadın hesab edilir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Nyu-Yorkda anadan olan Koralın İsrail vətəndaşlığı var. Lakin o, əri ilə birgə Kataloniyada yaşayır.

Modellik karyerasına qədər 2 il İsrail ordusunda hərbi xidmətdə olub. İsraildə bu normal haldır və əksər qadınlar hərbi xidmətə yollanır.

28 yaşlı modelin "Instagram"da 782 min izləyicisi var. O, məşhur jurnalların üz qabığında yer alır. Onun əsas uğuru öz adının - Koral Simanoviç markasını yaratmasıdır.

Serji Roberto isə "Barselona"nın yetirməsidir. 27 yaşlı müdafiəçi 2010-cu ildən əsas komandada çıxış edir.

Milli.Az


Etiketlər:  Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan xanımı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ