Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 02:28
Bakı. Trend:
İranın qonşu ölkələrlə mübahisələri "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər.
Trend-in məlumatına görə, bunu Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib: "Mən İran "OPEC"i tərk edə bilər deməmişım. Mən demişəm ki, əgər İran və onun qonşuları arasında mübahisələr böyüyərsə, bu "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər. Çünki ölkələr bir biri ilə yola getmirsə, bu əməkdaşlığın xeyrinə deyil".
Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi Omanın neft-qaz nazirinə istinadən bildirib ki, İran "OPEC"i tərk edə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin