Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 20:16
Türkiyənin İstanbul şəhərində altı yaşında çinli bir uşaq koronavirus səbəbindən karantinə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə CHP-dən olan keçmiş millət vəkili Barış Yarkadaş özünün "Twitter" hesabından xəbər verib.
"Dünən gecə saat 21:00 radələrində altı yaşında çinli uşaq ailəsi tərəfindən Bakırköy Sadi Konuk Xəstəxanasına gətirilib. İlkin müayinədən sonra ona dərman verilib və evinə göndərilib. Lakin ailəsi gecə yarısından sonra uşağı İstanbul Universiteti Tibb Fakültəsinə gətirib", - deyə o bildirib.
Millət vəkilinin sözlərinə görə, uşaq həmin xəstəxanada karantinə alınıb.
Bununla belə o, çinli uşağın müalicə olduğu yerdə tam karantin vəziyyətinin olmadığını da vurğulayıb:
"Eyni mərtəbədə başqa uşaqlar da var. Tibb işçiləri isə sadəcə maska taxırlar".
Uşağın 10 gün əvvəl Şanxaydan Türkiyəyə gəldiyi bildirilir. Bununla uşağa dəqiq diaqnozun qoyulmadığı da vurğulanır.