Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 10:50
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda gecə saatlarında iki zəlzələ baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yerli vaxtla 02:32-də baş verən zəlzələ 4,5 bal gücündə olub.
Zəlzələnin episentrinin 6.97 kilometr dərinlikdə olduğu bildirilib.
Saat 03:03-də eyni ərazidə yenidən zəlzələ baş verib. Bu zaman 4,2 bal gücündə olan zəlzələnin episentri 7,03 kilometr dərinlikdə olub.
Bundan əvvəl Türkiyədə baş verən zəlzələnin qorxusunu hələ də yaşayan sakinlər gecəni küçədə keçiriblər.
Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilib.