Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konor - Həbib revanşının ilkin vaxtı bilindi

Konor - Həbib revanşının ilkin vaxtı bilindi

Tarix: 1 Fevral 2020 11:10

UFC prezidenti Dena Uayt təsdiq edib ki, Konor Makqreqor Həbib Nurmaqomedov - Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, əgər Nurmaqomedov bu görüşdə qələbə qazansa, onunla Konor arasındakı revanş bu ilin payazında keçiriləcək. Dena Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra - 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.

Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.


Etiketlər:  Konor Həbib revanşının ilkin vaxtı bilindi


RƏYLƏR