Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 09:48
Bakı. Trend:
Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti proqnozlaşdırlır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin