Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 15:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Müasir dövrün çağırışlarına uyğun olaraq, təhsil sisteminin qarşısında duran çağırışlar da dəyişməkdədir. Müəllimlərimiz, xüsusilə gənc müəllimlərimiz bu çağırışlara hazır olmalıdırlar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birinci forumunda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, müəllimlər bu çağırışlara hazır olmaq üçün təşəbbüskar olmalı, daim öz üzərilərində çalışmalıdırlar.
Nazir əlavə edib ki, müəllimlərin özləri milli-mənəvi dəyərlərə sahib olmalı və özləri başqaları üçün bir nümunə olmalıdırlar: "İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimin böyük əməyi var. Bu baxımdan dövlət müəllimlərə böyük qayğı ilə yanaşır.
Azərbaycan müəllimləri hər zaman üzərilərinə düşən missiyasını yerinə yetirirlər, onlar öz həyatlarını gənclərin vətənpərvər ruhda böyüməsinə həsr edirlər".
Təhsilin inkişafı sahəsində ciddi uğurlara nail olduqlarını deyən nazir orta məktəblərdə artıq vakant müəllim yerlərinin 100 faiz tutulduğunu söyləyib.
C.Bayramov bildirib ki, 2019-cu ildə 500-dən yüksək bal toplayan hər 4 nəfər abituriyentdən biri müəllimlik peşəsini seçib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin