Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 16:56
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” – “Sabah” matçı zamanı maraqlı hadisə baş verib.
Qol.az xəbər verir ki, 78-ci dəqiqədə qonaqların müdafiəçisi Filip İvanoviçin kobud səhvi komandasına baha başa gəlib. Meydan sahiblərinin hücumçusu Riçard Qadze topu ələ keçirərək komandasının ikinci qolunu vurub.
Bu zaman qanalı hücumçu qol sevincini qeyd etməzdən əvvəl rəqibi İvanoviçə yaxınlaşaraq onun boynunu qucaqlayıb və təsəlli verməyə çalışıb.