Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 20:56
Avrozonada 2019-cu ilin axırıncı rübündə ÜDM-ın artım templəri III rübə il müqayisədə 0,1% artıb və bu rüblük artım üzrə son 7 ilin ən aşağı göstəricidir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin sonuncu rübündə ÜDM 1% artıb.
Qeydə alınan aşağı tempin əsas səbəbi kimi, Fransa və İtaliyadakı proqnozların əksinə baş vermiş tənəzzüllər göstərilir. Sözügedən ölkələrdə 2019-cu ilin axırıncı rübündə iqtisadi artım tempi III rüb ilə müqayisədə müvafiq olaraq 0,1% və 0,3% azalıb.
Qeyd edək ki, Fransa və İtaliya müvafiq olaraq 2016-cı və 2013-cü illərdən bu yana ilk dəfədir ki, mənfi iqtisadi artım tempi göstəricisi ilə üzləşir.