Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq

Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq

Tarix: 20 May 2019 13:05

Bakı. Elçin Mehdiyev – Trend:

SSRİ Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq.

Trend-in məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı Prezident İlham Əliyev xüsusi tapşırıq verib:

“Həmin Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil. Həm heykəltəraşlar, həm də memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və nazirliyə təqdim olunacaq”.


Etiketlər:  Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq


RƏYLƏR