Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran-Azərbaycan birgə sənaye parkının yaradılması qətiləşir

İran-Azərbaycan birgə sənaye parkının yaradılması qətiləşir

Tarix: 3 Fevral 2020 17:48

Bakı. Elnur Bağışov - Trend:

Bu ilin sonuna kimi İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində İran-Azərbaycan birgə sənaye parkının yaradılması üzrə iki ölkə arasında razılaşma qətiləşəcək.

Trend IRNA informasiya agentliyinə istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu Ərdəbil-Miyana dəmiryolu relslərinin düzülməsi ilə əlaqədar keçirilən tədbirdə deyib.

Ə.Behnamcunun sözlərinə görə, bununla yanaşı, iki ölkənin iqtisadi münasibətlərinin inkişaf etdirilməsi məqsədilə dəmiryolu terminalı inşa ediləcək.

Behnamcu əlavə edib ki, hazırda Ərdəbil vilayətinin ixrac və idxal etdiyi məhsulların çəkisi təxminən 250 min tondur və Parsabadda terminalın yaradılması ilə bu həcm 3,25 milyon tona çatacaq.

Vali Ərdəbil vilayətinin şimalında 14 kilometr uzunluğunda dəmiryolunun inşa edilməsi ilə İranın dəmiryolu xətlərinin Azərbaycanın dəmiryoluna birləşəcəyini bildirib.

Qeyd edək ki, ötən il Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində qonşu ölkənin Sənaye, mədən və ticarət naziri Rza Rəhmani arasında Ərdəbil vilayətinin Parsabad rayonu ərazisində iki dövlətin birgə sənaye parkı yaradılması haqqında razılıq əldə olunub.

Əlavə edək ki, 175 kilometr uzunluğunda olan Miyana-Ərdəbil dəmiryolunun inşasına 2005-ci ildən başlanıb. Bu dəmiryolunda ümumilikdə 23,8 km uzunluğunda 62 ədəd tunel, 4 km uzunluğunda dərəüstü körpü, 3 km uzunluğunda suüstü körpü inşa olunur. Bu gün (3 fevral) onun 90 kilometrinin relsinin düzülməsinə başlanılıb. Ərdəbil-Miyana dəmiryolunun 2022-ci il 21 marta qədər istismara veriləcəyi bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran Azərbaycan birgə sənaye parkının yaradılması qətiləşir


RƏYLƏR