Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmmədyarov xəstəliyə görə turnirdən çəkildi

Məmmədyarov xəstəliyə görə turnirdən çəkildi

Tarix: 3 Fevral 2020 18:16

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Cəbəllütariqdə keçirilmiş “Masters” turnirini yarımçıq başa vurmasının səbəbi bəlli olub.

Qol.az xəbər verir ki, bu barədə o, özünün Feysbuk" hesabında yazıb.

Millimizin üzvü turniri allergik xəstəlik keçirdiyi üçün yarımçıq buraxmaq məcburiyyətində qaldığını bildirib: "Yarışın təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq, Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 8 turdan sonra yarışdan kənarlaşıb. O, 8 qarşılaşmaya 5 xal toplaya bilib. Yarış 10 tur davam edib.

 


Etiketlər:  Məmmədyarov xəstəliyə görə turnirdən çəkildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ