Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 14:12
Bakı. Trend:
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin