Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 21:04
Rusiyanın Çelyabinsk vilayətində azyaşlı reklam xidmətində satışa çıxarılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Maşa adlı qızın satışı ilə bağlı internetdə reklam yerləşdirilib.
Vilayətdə uşaq hüquqları üzrə səlahiyyətli şəxs Yevgeniya Mayorova bunu Maşanın qardaşının zarafatla etdiyini bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu faktla bağlı yoxlama aparırlar. Onların nəticələrinə əsasən müvafiq qərar veriləcək.
" Lazım gələrsə, Müvəkkil ailə ilə birlikdə işləməyə hazır olduğunu bildirir", - deyə Mayorova əlavə edib.
Xatırladaq ki, populyar reklam xidmətində azyaşlı qız beş min rubla (133 AZN) satışa qoyulub.