Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada ən yaxşı məşqçi seçildi

İtaliyada ən yaxşı məşqçi seçildi

Tarix: 4 Fevral 2020 00:52

İtaliyada ötən ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperinidir. Ona 2018/19 mövsümünün ən yaxşı baş məşqçi kimi “qızıl skamya” mükafatı təqdim olunub.
 
62 yaşlı italiyalı mütəxəssis karyerası ərzində ilk dəfə bu mükafata layiq görülüb. Qasperini ötən mövsüm “Atalanta”nı tarixində ilk dəfə A Seriyasının 3-cüsü edib və komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə qədər aparıb.
 
 


Etiketlər:  İtaliyada yaxşı məşqçi seçildi


RƏYLƏR