Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda motosiklet qəzasında ölən polis əməkdaşı imiş - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda motosiklet qəzasında ölən polis əməkdaşı imiş  - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 4 Fevral 2020 16:54

16:51

Xəbər verdiyimiz kimi Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fevralın 4-də saat 2 radələrində Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi "Suzuki" markalı motosikleti yolun kənarındakı ağaca vurub. Xəsarət alan sürücü ölüb. 

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub. 
Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.

Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.

---------
14:26

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi "Suzuki" markalı motosikleti yolun kənarındakı ağaca vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

----------
08:18

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qəza Azneft meydanının yaxınlığında qeydə alınıb.

"Harley Davidson" markalı motosikletin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda motosiklet qəzasında ölən polis əməkdaşı imiş YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR