Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 08:54
İtaliyada 2019-cu ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu ada "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.
Azarkeşlər arasında aparılan səsvermənin nəticəsində 62 yaşlı mütəxəssis bütün rəqiblərini üstələyib. Bununla bağlı təşkil edilən tədbirdə Qasperiniyə "Qızıl oturacaq" təqdim olunub.
Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ildən "Atalanta"nı çalışdırır. Onun komandası hazırda A seriyasında 4-cü pillədə qərarlaşır.