Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Polad Bülbüloğlunu təbrik edib

Putin Polad Bülbüloğlunu təbrik edib

Tarix: 4 Fevral 2020 11:09

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə Kremlin rəsmi saytına istinadən məlumat verir.

Təbrikdə deyilir: "Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verirsiniz. Əlbəttə ki, Rusiyada Sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınızı yüksək dəyərləndirirlər, Sizin yaradıcılığınızı həqiqətən də sevirlər. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram".

Milli.Az


Etiketlər:  Putin Polad Bülbüloğlunu təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ