Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 11:20
Bakı. Trend:
Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən Trend-ə məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin