Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 13:40
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasnın (YAP) Ağstafa rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Trend-in məlumatına görə, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Cəfərov Ağstafa rayonunun Aşağı Göycəli, Xətai və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüşüb. Seçicilərlə səmimi söhbət edən Nizami Cəfərov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah halı, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb.
Sonra Nizami Cəfərov əhalini seçkilərdə fəallıq göstərərək “Daha güclü Azərbaycan naminə!” şüarı altında inkişafa və tərəqqiyə səs verməyə dəvət edib.
Daha sonra sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Seçiciləcəyi təqdirdə rayon ərazisində görüləcək işlərlə bağlı planları haqqında məlumat verən deputatlığa namizəd hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa çağırıb.
Seçicilər isə qarşıdan gələn parlament seçkilərində cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin