Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO)

DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO)

Tarix: 4 Fevral 2020 14:16

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­bir­lərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dən Trend-ə bildirilib ki, 3 fevral tаriхində sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamə­tində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsə­bəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayıq müşahidə olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınmış və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO) DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO) DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO) DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO) DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO) DSX dənizdə köməksiz qalan balıqçıları xilas etdi (FOTO)


Etiketlər:  dənizdə köməksiz qalan balıqçıları xilas etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ