Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mədəniyyət Mərkəzində konsert keçirilib - FOTO

Mədəniyyət Mərkəzində konsert keçirilib - FOTO

Tarix: 4 Fevral 2020 22:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertin aparıcısı, tamaşaçıların sevimlisi Humay Muxtarova çıxış edərək gələn qonaqları salamlayaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu münasibətilə hər kəsi təbrik edən aparıcı səhnəyə müğənni Rüfət Axundovu dəvət edib. Populyar sənətçi sevilən mahnıları ilə gələn qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Konsertə qonaq qismində qatılan müğənnilər Aynur Dadaşova, Rahidə Baxışova, Türkanə, Vahidə və Elçinin çıxışları böyük rəğbətlə, alqışlara qarşılanıb.

Milli.Az


Etiketlər:  Mədəniyyət Mərkəzində konsert keçirilib FOTO


RƏYLƏR