Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 08:30
İtaliyanın San-Remo kurort şəhərində eyni adlı İtalyan pop musiqisinin 70 illik yubiley festivalı başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, televiziya musiqi yarışması fevralın 8-nə qədər davam edəcək. Festivalın hər axşamı İtaliyanın dövlət "Rai" televiziyasında və onun multimedia portalında yayımlanacaq.
Festival iştirakçıları iki kateqoriyaya bölünüb: 24 ən yaxşı ifaçı əsas "Qızıl Palma", 8 gənc sənətçi isə ayrı bir mükafat uğrunda mübarizə aparacaqlar. Mövcud festivalı əvvəlkilərdən fərqləndirən təşkilatçıların ayrıca bir "gənclik" yarışması keçirməsidir.
Son iki ildə olduğu kimi, müsabiqə iştirakçıları festival müddətində yarışmadan xaric olunmayacaqlar və şənbə axşamı finalda birlikdə mahnı oxuyacaqlar. Bu ilki "San Remo"nun bədii rəhbəri Amadeus kimi tanınan məhşur televiziya viktorina və şou aparıcısı Amedeo Sebastianidir.