Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 08:34
Yapon həkimləri fevralın 3-dən Yokohama limanı yaxınlığındakı sularda olan "Diamond Princess" kruiz gəmisində 10 nəfərdə 2019-nCoV virusu aşkar ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Naziri Katsunobo Kato Tokioda keçirilən mətbuat konfransında deyib: "Bütün sərnişinlər və ekipaj üzvləri tibbi müayinədən keçirilib. Yoluxmuş insanlarla təmasda və ya xəstəliyin əlamətləri olan 273 nəfər müayinə edilib. Hal-hazırda 31 nəfərin analiz nəticələri alınıb, onlardan 10-u müsbətdir."
Qeyd edək ki, layerin göyərtəsində 3700 sərnişin və ekipaj üzvü var.
K.Katonun sözlərinə görə, yoluxanların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal qiymətləndirilir.
Gəmi yanvarın 20-də Yokohamadan ayrılıb və fevralın 3-də geri dönüb.
Gəminin operatoru "Diamond Princess", mövcud vəziyyətlə əlaqədar gəmi reysinin dayandırıldığını elan edib. Yaponiyada koronavirusa yoluxma hallarının ümumi sayı 23-dür. Yaponiya səlahiyyətliləri bu siyahıya 10 yeni xəstəni hələ daxil etməyiblər.