Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fevralın 9-da keçiriləcək parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən cəhətlər çoxdur''

''Fevralın 9-da keçiriləcək parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən cəhətlər çoxdur''

Tarix: 5 Fevral 2020 16:09

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini əvvəlki seçkilərindən fərqləndirən cəhətlər çoxdur.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, seçkilərin elan olunduğu gündən deputatlığa namizədliyi BAXCP tərəfindən irəli sürülən şəxslərin istər imzatoplama, istərsə də təşviqat kampaniyasına hər hansı bir maneə yaradılmayıb:

"Namizədliyi irəli sürülən və qeydə alınan partiya üzvləri müvafiq dairə seçki komissiyalarında onlara qanunvericilik çərçivəsində münasibət göstərildiyini bildiriblər. Bu müddət ərzində partiyanın qərargahında beynəlxalq müşahidə missiyalarının nümayəndələri ilə onların müraciətləri əsasında da görüşlər keçirilib, həmçinin BAXCP-nin deputatlığa namizədlərinin keçiridiyi görüşlərdə iştirak etmək üçün onlara öncədən məlumat verilib".

E.Mirzəbəylinin sözlərinə görə, seçkilər əvvəlki seçkilərlə müqayisədə daha aktiv keçir:

"İlk növbədə deputatlığa namizədlərin və seçicilərin fəallığını qeyd etmək istəyirəm. Bu dəfəki seçkilərdə namizədlərin sayı rekord həddə çatıb, eyni zamanda gənclər seçkilərdə fəal iştirak edirlər".

E.Mirzəbəyli vurğulayıb ki, təmsil olunduğu partiya seçkilər dövründə hər hansı bir maneə ilə rastlaşmayıb: "BAXCP-nin deputatlığa namizədlərinin təbliğat-təşviqat kampaniyasına gəldikdə isə, bu prosesdə də hər hansı bir hüquq pozuntusu ilə qarşılaşmamışıq. Deputatlığa namizədlər arasında fərq qoyulmadan onların seçicilərlə görüşləri bütün imkanlar yaradılır. Burada hər şey deputatlığa namizədin komandasının peşəkarlığından asılıdır. Bu prosesdə də daha təcrübəli olanlar daha fəal, daha uğurlu kampaniya aparırlar.

Yəni işlərini yalnız sosial şəbəkələr üzərindən paylaşımlar etməklə bitmiş saymırlar. Vətəndaşlarla görüşə gedir, onlarla fərdi qaydada söhbət edir, seçki platformasının üstünlüyünə inandırmağa çalışırlar. Bu seçkilərdə siyasi partiyaların fəallığını da qeyd etmək lazımdır. Cüzi və öməmsiz istisnalar olmaq şərtilə ölkənin bütün siyasi partiyaları parlament seçkilərində iştirak edirlər".


Etiketlər:  Fevralın keçiriləcək parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən cəhətlər çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ