Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MSK Fərəc Quliyevə xəbərdarlıq edib

MSK Fərəc Quliyevə xəbərdarlıq edib

Tarix: 5 Fevral 2020 17:28

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icasında 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı şikayətinə baxılıb.

Trend-in məlumatına görə, şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quiyev isə bu iddianın əsassız oduğunu bildirib.

MSK-nın məsələ ilə bağlı qərarında şikayət qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fərəc Quliyevə xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ