Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tənha kişinin evindən üzərinə beton tökülmüş insan qalığı aşkarlandı

Tənha kişinin evindən üzərinə beton tökülmüş insan qalığı aşkarlandı

Tarix: 5 Fevral 2020 20:20

Yeni Zelandiyada tənha kişinin evindən üzərinə beton tökülmüş insan qalığı aşkarlanıb. Polis artıq ev sahibi Devid Stenli Hartın axtarışına başlayıb.  

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təqribən 10 il öncə 70 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxıb. 2017-ci ildə ev satışa çıxarılıb. 2020-ci ilin yanvarın 31-də isə podratçı həmin evdə tikinti işləri apararkən, fəhlələr üzərinə beton tökülən insan sümükləri tapıb. Hadisə yerinə dərhal polislər çağırılıb.

Xəfiyyə Glenn Bolduinin sözlərinə görə, qalıqların evdə bir neçə il qalması istintaqın işini çətinləşdirir. Hüquq-mühafizə orqanının əməkdaşları daha çox məlumat əldə etmək üçün əvvəllər bu küçədə yaşayanları axtarırlar.

Hartın itməsi ilə bağlı yerli sakinlər arasında bir çox şayiələr dolaşıb. Qonşulardan biri kişinin evi yaşlı şəxslər üçün yataqxana kimi verdiyini bildirib. Başqa biri onun qonşularla ünsiyyət qurmadığını deyib. Daha bir yerli sakin isə bank və yerli hökumət nümayəndələrinin kişi ilə əlaqə yaratmaq istədiklərini, hətta onun axtarışları üçün xəfiyyə də tutduqlarını, ancaq bu tədbirin nəticəsiz qaldığını vurğulayıb.

Hazırda polis ölən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.


Etiketlər:  Tənha kişinin evindən üzərinə beton tökülmüş insan qalığı aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ