Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 09:48
Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, artıq quruma daxil olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Bakıya gəlib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.
Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.