Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 14:03
Resurs Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən mərkəz rəhbəri, siyasi eksert Rasim Quliyev bildirib ki, mərkəz ötən ilin avqustunda qeydiyatdan keçib: "Təşkilatın məqsədi ölkədə, dünyada və regionda baş verən hadisələrin tədqiqatını aparmaq, bu hadisələri analiz etməkdir.
Mərkəzin tədqiqat mövzularından biri olan parlament seçkiləri ilə bağlı araşdırmalarımız var və bu zamanı maraqlı faktlar ortaya çıxıb. Keçən dövr ərzində apardığımız tədqiqatlarda bir çox nəticə əldə olunub. Builki parlament seçkilərində 5 milyon 238 min seçici qeydiyyata alınıb. Seçkidə çox sayda namizəd qeydə alınıb. Əvvəlki seçkilərdə sistem başqa idi. Bu sistemdə keçirilən seçkidə namizəd seçicilərlə birbaşa ünsiyyətdə olmalıdır. Bu müddət ərzində keçirilən seçkilərdə artıq seçici mədəniyyəti formalaşıb.
Məsələn, 2005-ci il parlament seçkilərndə seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub.
Keçən il bələdiyyə seçkilərində isə 32,2 faiz seçici fəallığı olub. Bu isə onu göstərir ki bələdiyyə institutu ölkədə yeni olduğundan seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".
Siyasi ekspert bildirib ki, növbədənkən parlament seçkiləri ilə əlaqədar Mərkəzin bir çox dairələrdə apardığı araşdırma göstərir ki, bu dəfəki seçki standartlara cavab verir: "Seçki daim yenilənən texnologiyadır.
Ən inkişaf etmiş ölkələrdə də, inkişaf etməmiş və inkişafda olan ölkələrdə də seçki daim inkişaf edən mexanizmdir. Azərbaycanda ucqar kəndlər istisna olmaqla bütün məntəqələrin kameralarla təchiz olunub və digər hazırlıq işləri görülüb. Seçicilərin barmaqlarına gec pozulan maye vurulması, kamera quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır. Hazırda vətəndaşların özündə seçki qanunu pozmaq qorxusu yaranıb. Artıq insanlar vəzifə borclarını dərk edir, məsuliyyətli olmağa çalışır.
Hazırda növbədənkənar parlament seçkilərinə namizədliyin irəli sürülməsi, qeydə alınması, seçicilərlə görüşün təmin olunması peosesin şəffaf keçirilməsinə hər cür şəraitin yaradılmasından xəbər verir. Apardığımız araşdırmalar nəticəsində bu günə qədər prosesdə ciddi qanun pozuntusu qeydə alınmayıb. Bəzi namizədlər arasında hüquqlarını bilməməzlikdən kiçik qanun pozuntuları olub. Bu da bütün dünyada ver. Amma bunun özü də arzuolunmazdır".
R. Quliyev deyib ki, Azərbaycanda seçkiyə hazırlıq bütün hallarda tam qanuni həyata keçirilib: "Araşdırmalarımız zamanı maraqlı nüanslar əldə edilib.
Parlament seçkilərində 19 siyasi partiya, 1 ittifaq və 2 blok tərəfindən 2431 nəfər dairə seçki komissiyalarına müraciət edb. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 312 nəfər geri götürüb. Yeni Azərbaycan Partiyası tərəfindən demək olar ki, bütün dairələrdən namizədləri var.
Seçkilərdə iştirak edən namizədlərin yaş bölgüsünə baxanda da, bu seçkiyə marağın artdığını demək olar. Məsələn, bu dəfəki seçkidə 18-28 yaş arasında 82 namizəd, 29-39 yaş arasında 407 namizəd, 40-45 yaş arası 542, 56-66 yaş arasında 251, 67 yaşdan yuxarı isə 43 nəfər namizəd iştirak edir.
1998-ci ildə anadan olan 8 nəfər deputatlığa namizədin olması gənclərin seçkiyə inamının artmasıdır.
Həmçinin seçkidə 1938-ci il təvəllüdlü 2 nəfər də namizədliyini verib.
Cəmiyyətdə seçkiyə inam var, maraq yüksəkdir. Bu il namidlərin 22, 58 faizi qadındır. 299 nəfər qadın seçkilərə namizəd kimi qatılıb və bu rekord saydır. Qadınlar da özünə inanır seçkidə qalib gələcəyinə arxayındır".
Mərkəz rəhbəri deyib ki, parlament seçkilərində iştirak etmək istəyənlərin əksəriyyəti ziyalı təbəqədir: "Jurnalistlər bu dəfə daha aktivdir.
Onların seçkidə aktiv iştirakı onu göstərir ki ziyalı təbəqə bu işdə maraqlıdır".
R. Quliyev qeyd edib ki, seçkilərin şəffaf keçrilməsinə əsas səbəb 2005-2020-ci illərdə Azərbaycanda stabil dövlət quruculuğu həyata keçirilməsi, və bu stabilliyin qorunub saxlanmasıdır: "Ölkədə sabit inkişaf prosesi insanların həyat səviyyəsinə həm mənəvi, həm psixoloji təsir edib.
Parlament seçkiləri bələdiyyə seçkilərindən dərhal sonra keçirildiyindən bütün dairələr seçkiyə hazırdır. Seçki hazırlığı müasir standartlara uyğundur. Seçkidə iştirak edən xüsusən müxalifət namizədləri etiraf edirlər ki seçkiyə hazırlıq yüksək səviyyədədir, heç bir namizədə maneə yaradılmayıb".