Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 09:20
Bakı. Samir Əli - Trend:
Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib.
Bu barədə Trend-ə Göyçay rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.
Komissiya sədri bildirib ki, hadisə nəticəsində külək onlarla ağacı qırıb:
"Rayon ərazisində olan 5 mətrəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xəttini, 1 transformatoru, 3000 metr kabel xətlərini, elektrik dirəklərini yararsız vəziyyətə salıb. İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin