Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada yeni koronavirus tibbi maskalarla bağlı böhran yaradıb - FOTO

Yaponiyada yeni koronavirus tibbi maskalarla bağlı böhran yaradıb - FOTO

Tarix: 6 Fevral 2020 21:46

Yaponiyada yeni koronavirusla əlaqədar yayılan xəbərlər fonunda tibbi maskaların çatışmazlığı problemi yaranıb. Bəzi onlayn ticarət operatorları onları real qiymətindən 10 dəfə baha təklif edirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son günlər, demək olar bütün super marketlərdə, tibbi ləvazimatların satıldığı mağazalarda və apteklərdə ciddi tibbi maska çatışmazlığı özünü göstərir. Aparılan araşdırma zamanı adi tibbi maskaların satıldığı şöbələrdə əmtəə qıtlığının yaşandığı, satıcıların bu məqsədlə alıcılar tərəfindən ünvanlanan suallara cavab verməkdə çətinlik çəkdiyi aydın oldu. Adətən həmin tibbi vasitəni satan apteklər və digər ticarət şəbəkələrində ya uşaqlar, ya da gecə yatarkən istifadə üçün nəzərdə tutulan maskaların təklif edildiyi məlum oldu. Bəzi satış mərkəzlərində isə anbarda olan həmin əmtəə alıcılara ailəyə yalnız bir bağlama şəklində təklif olunurdu. Satış şöbələrində vurulmuş elanlarda isə tibbi maskaların müvəqqəti olmadığı və yaxın zamanlarda alıcılara təklif ediləcəyi qeyd edilirdi.

Yaponiya üçün qeyri-adi hal hesab olunsa da, bəzi onlayn ticarət şirkətlərində tibbi maskalar adətən olduğundan dəfələrə baha qiymətə təklif edilir. Məsələn, "Amazon" onlayn ticarət şəbəkəsi alıcılara çox baha qiymətə tibbi maskalar təklif edir. Adətən üç qutusu təqribən 6 dollara satılan tibbi maskalar burada 300 dollara təklif olunur.

"Mercari" onlayn proqram əlavəsi də tibbi maskaları dəfələrlə baha qiymətə satmaqda davam edir. Vəziyyət elə yerə gəlib çatıb ki, "Mercari"nin operator şirkəti öz səhifəsində satıcılara və alıcılara müraciət edərək onları özlərini şüurlu cəmiyyətə uyğun aparmağa çağırıb.

Məsələ burasındadır ki, Yaponiyada digər ölkələrdən fərqli olaraq, xüsusən qış dövründə əhali özünü müxtəlif xəstəliklərdən qorumaq üçün müntəzəm şəkildə tibbi maskalardan istifadə edir. Bu ölkədə demək olar ki, bu, bir vərdişə çevrilib. Bundan istifadə etməyə çalışan möhtəkirlər isə adi tibbi maskalardan böyük mənfəət əldə etməyə çalışırlar.


Etiketlər:  Yaponiyada yeni koronavirus tibbi maskalarla bağlı böhran yaradıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ