Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 21:26
Bakı metrosunda daha bir həyəcanlı an yaşanıb.
Sonxeber.net xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu dəqiqələrdə metronun "Nəriman Nərimanov" stansiyasında baş verib.
Qatar stansiyaya yaxınlaşarkən bir nəfər özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb. Xətt cərəyandan ayrılıb və həmin şəxs qatar yolundan çıxarılaraq polisə təhvil verilib.
Hadisə nəticəsində qatarların ümumi intervalında 10 dəqiqə gecikmə olub".