Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Tarix: 7 Fevral 2020 22:30

Sonxeber.net saglamolun.az-a istinadən pediatr, allerqoloq Şəhla Mustafayevanın yazısını təqdim edir.

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir.

Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloji mәhlul damlatılaraq burun aspiratorları ilә tәmizlәnә bilir, 6 aydan böyük uşaqlarda isә dәniz suyu burun spreylәrindәn istifadә edilә bilir.

Qızdırmanın olub olmamasına nәzarәt edilmәlidir. Belә ki, hәr 2-3 saatdan bir bәdәn temperaturu ölçülmәlidir. Qızdırma varsa hәr saat başı belә ölçüm aparılmalıdır.

Әgәr bunları etmәnizә rәğmәn 2-3 gün әrzindә bir yaxşılaşma olmazsa, uşaqda davam edәn  qızdırma, yanaşı olaraq öskürәk, tәngәnәfәslik, halsızlıq, burun axıntısının sarımtıl-yaşıl rәngdә olması qeyd edilәrsә hәkimә müraciәt edilmәlidir.


Etiketlər:  Uşaqlarda qripin ilkin əlamətlərində etməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ