Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu Azərbaycan nefti bahalaşıb

Həftəsonu Azərbaycan nefti bahalaşıb

Tarix: 20 Aprel 2019 13:27

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,09 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətə bərabərdir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həftəsonu Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ