Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

Tarix: 8 Fevral 2020 18:30

Azərbaycanın ilk xəbər kanalı olan ARB24 beynəlxalq əlaqələrini genişləndirir.

Sonxeber.net xəbər verir ki, bu günlərdə ARB24 telekanalı ilə Almaniyanın "Deutsche Welle" beynəlxalq ictimai teleradio kompaniyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Razılaşmaya əsasən, ARB24 telekanalına "Deutsche Welle"-nin bir sıra verilişlərini yayımlamaq hüququ verilib. Əməkdaşlıq 2 mərhələdə həyata keçiriləcək. İlk mərhələdə dünyada maraqla izlənilən "Tomorrow Today", "Global3000" və "Reporter" layihələri ARB24-də yayımlanacaq. Növbəti mərhələdə isə, daha 5 layihənin yayımlanması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə teleməhsulların istehsalı da planlaşdırılır.

Bu sazişlə ARB24 "Deutsche Welle"-nin Azərbaycanda ilk tərəfdaşı olub.  


Etiketlər:  ARB24 Deutche Welle ilə əməkdaşlıq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ