Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox göylərə qalxmaq lazım deyil'' - Zaur Həşimov

''Çox göylərə qalxmaq lazım deyil'' - Zaur Həşimov

Tarix: 8 Fevral 2020 20:56

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə bunları deyib: "Oyun göstərdi ki, Ayxan Abbasovun adı əbəs yerə milliyə namizəd göstərilməyib. Həqiqətən də bizi üstələdilər. Bu, yerində olan məğlubiyyət idi. Çox göylərə qalxmaq lazım deyil. Əsas oyunlar bundan sonra olacaq. Sumqayıtlı olmağım məndə dərin hisslər yaratmayıb".

Z.Həşimov qırmızı vərəqə alan oyunçularının məsələsinə klubdaxili iclasda baxacağını söyləyib: "Komanda 9 nəfərlə qaldıqdan sonra daha inamlı təsir bağışladı. Bu, xoşuma gəldi".


Etiketlər:  Çox göylərə qalxmaq lazım deyil Zaur Həşimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ