"Neftçi"dən ayrılan Məhəmməd Mirzəbəyovun yeni klubu müəyyənləşib.
Qol.az xəbər verir ki, müdafiəçi karyerasını "Sabah"da davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə ilk transferidir.