Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 11:30
Milli Məclisə seçkilərlə əlaqədar indiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının polşalı üzvü Rozalt Darlus Kajetan jurnalistlərə açıqlamasında bildirib.
"Səsvermə məntəqələri yaxşı təchiz edilib, məntəqə sədrləri və digər nümayəndələrin hamısı yerindədir. Hər hansı qanunauyğunsuzluq, insident qeydə almamışıq. İndiyədək üç səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır", - deyə o bildirib.