Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 13:56
"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"la matçdan (0:0) sonra açıqlama verib.
Qol.az xəbər verir ki, 21 yaşlı müdafiəçi bərabərliyi ədalətli nəticə hesab etdiyini bildirib:
"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar. Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm".